Hədiyyə - dostluq, ehtiram, minnətdarlıq, sevgi ifadə edə bilər, təsəlli xarakterli ola bilər və bayramlarda , toylarda, ad günlərində verilir. Bu məlumatı bizə Vikipediya çatdırır.
Hər il müştəri və tərəfdaşlarım tərəfindən çoxlu qələm, qeyd kitabçaları, köynəklər, çantalar hədiyyə qismində alıram. Amma, indiyə qədər heç birindən istifadəe tməmişəm. Niyə görə? Ona görə ki, bütün bu, sözsüz, xoş hədiyyələrin üzərində logotiplər təsvir olunub.
Bahalı qələm olsa belə, üzərində bankımın logosu varsa, ondan istifadə etmək istəmərəm,üzərində mobil operatorun logosu olan qeyd kitabçası, və ya üzərində sığorta şirkətimin logosu olan çantadan da istifadə etmərəm.
Üzərində içki istehsalçısının logosu olan köynəklər də bu kateqoriyayay aiddir. Belə korporativ hədiyyələr alan bir çox insanlar da, mənimlə bir fikirdədir.
Heç kəs hər hansı şirkət üçün reklam platformu olmag istəmir.
Məsəl üçün, siz ki dostlarınıza hədiyyə etdiyinizdə adınızı üzərinə vurmursuz, belə ki, tərəfdaşlar və müçtərilər üçün hədiyyə edəndə də bunu etmək lazım deyil.
Sonda, hədiyyənin əsas mənası itir və məqsədi mənasızlaşır. Birincisi, hədiyyə alan bu hədiyyədən heç bir zövg və xeyir görməyəcək. İkincisi, hədiyyə edən şirkət də heç bir xeyir görməyəcək, çenki, hədiyyə alan bunlardan sadəcə olaraq, istifadə etməyəcək.
Nəticədə biz nə görürük. Təqdim etdiyiniz korporativ hədiyyənin xoş olmasını istəyirsinizsə, loqotipləri gizlədin və ya heç vurdurmayın.
Qaydanın düzgün tətbiqinin nümunəsi. Şirkətin loqotipi futlyarın üzərində yerləşdirilib, qələmin üzərində isə yox.