Fikir vermisinizmi ki, bəzən məhsullar mağaza rəfində seriya şəklində düzülmüş olduqda daha yaxşı görünür, nəinki, siz onlardan birini əlinizdə tutduqda? Bu fəndi biz “sinerjinin gücü” adlandırırıq. Mahiyyəti isə bundan ibarətdir ki, hər bir məhsulun öz fərdi dizaynı olur, amma seriya olaraq birlikdə onlar daha gözəl görünür və alıcının diqqətini daha çox cəlb edir. Başqa sözlə, seriya məhsullar özlərinin birgə vahid dizaynını yaradır və birlikdə böyük dəyərə malik olur, nəinki ayrı-ayrılıqda. Onlardan təkcə birini seriyadan çıxarmaq kifayətdir ki, sinerji gücünün itməsinin şahidi olaq. Bu misal bizə fərdi dizaynla sinerji daxilində dizaynın fərqini göstərir.
Beləliklə, istehsal zamanı yalnız ayrı-ayrılıqda hər bir məhsulun fərdi dizaynı deyil, həm də seriya məhsul dizaynı tərtib edərək sinerji gücü yaratmaq imkanı barədə düşünmək gərəkdir.