Hər birimiz ictimai yerlərdə "Yalnız personal üçün", "Kənar şəxslərə girişi qadağandır","Unitaza kağız atmayın" və s. qadağanedici lövhəciklərlə ilə üzləşirik. Amma çox vaxt belə lövhələr effektli fəaliyyət göstərmirlər və insanlar bu xahişi yerinə yetirmirlər. Mən hesab edirəm ki, bu problemlərin həllini tapmaq üçün belə lövhələrə başqa cür baxmaq lazımdır. Mənim fikrimcə, lövhələr - həll olunmamış problemlərin göstəriciləridir. Yəni əgər lövhə varsa, deməli həll olunmyan problem var. Misal üçün, əgər lövhədə deyilirsə ki, "Unitaza kağız atmayın" - deməli, insanların əksəriyyəti məhz belə də edirlər. Belə olan halda sadəcə bir lövhə asmaq kifayət deyil, çünki o, problemi kökündən həll edə bilməcəcyək. Mənim fikrimcə, belə məsələlərin daha təbii və tam həllini axtarmaq lazımdır.
Biz istənilən problemin həllini tapmaq üçün aşağıdakı addımlardan keçirik:
1. Başa düşürük ki, problem var, hansı ki, qərarın tapılmasının yarısını təşkil edir. Lövhəciklərlə olan hallarda isə məhz onlar bizə problemlərin olduğunu göstərir.
2. İnsanlar və onların vərdişlərində qarşılaşdığımız problemin səbəblərini başa düşmək.
3. Problemin həllinin tapılması.
Həllin tapılması üzrə belə bir sxemi ən müxtəlif hallar üçün istifadə etmək olar. Məsələn, qapının üzərində "Kənar şəxslərə girişi qadağandır" yazısı olan löhvəcik bizə göstərir ki, insanlar onlar üçün nəzərdə tutulmuş otaqlara girirlər. Bir neçə sorğu və müşahidələr apararaq, biz insanlardakı əsas insaytı müəyyənləşdirə bildik: "Mən qapını görürəm və mən onu açmaq istəyirəm".
Beləliklə, biz qərara gəldik ki, qapının özünü dəyişmək lazımdır və onu kənar adamlar üçün nəzərə çarpmayan etməliyik ki, onlar şüuraltı səviyyədə qapını açmaq istəkləri olmasın. Belə biz problemin təbii həllini tapırıq.
Digər misal kimi "Unitaza kağız atmayın" lövhəciyini göstərmək olar ki, bu da həqiqətən insanlara bunu etməməyi məcbur edəcək qədər yetərli deyil.
Biz ictimai yerlərdə tez-tez olan, çoxlu sayda insanlar arasında sorğu keçirtdik və onlara bu sualı verdik: "Nəyə görə siz tualet kağızını vedrəyə yox, unitaza atırsınız."
Biz çoxlu cavablar aldıq: "Mənə unitaza atmaq daha asandır", "Bu vedrədən daha yaxındır", "Bu daha tezdir", "Mən əlavə hərəkət etməli, vedrəni açmalı oluram". Belə cavabları təhlil edərək, biz insayt əldə etdik: "Mən bu kağızdan tez yaxa qurtarmağa çalışıram və mənə onu unitaza atmaq daha rahatdır". Beləliklə bu problemin həlli unitazın yanında böyük, parlaq bir vedrə qoymaq idi ki, bu da insanları şüuraltı səviyyədə kağızı məhz oraya atmağa məcbur etsin.
Beləliklə də, löhvəciklər asaraq problemin həll olunmasını gözləmək lazım deyil. İnsanların səbəb və motivasiyalarını axtarmaq lazımdır. Beləliklə, siz insanlar şüuraltı səviyyədə əməl edəcəyi tam və təbii həllər almış olacaqsınız.