Loqotip istənilən şirkətin firma üslubunun əsas elementi olaraq, onun haqqında birmənalı fikir formalaşdırmalı, digərlərindən fərqləndirməli, cəlbedici olmalı və ideyanı ehtiva etməlidir. Amma ilk növbədə loqo oxunaqlı olmalıdır. Müxtəlif ölkələrdən olan loqotiplərə baxdıqda, biz fikir verdik ki, təxminən hər 10 loqotipdən birində hərfin simvol ilə əvəzlənməsi üsulundan istifadə edilir. Bu üsulun özəlliyi ondan ibarətdir ki, dizayner kompaniyanın adında seçilmiş bir hərfi simvolla əvəz edir və onun köməkliyi ilə kompaniyanın məhsul kateqoriyasını vurğulamağa çalışır.
Çox tez-tez müştəri agentliyə hamıdan seçilən, nadir loqotip yaratmaq xahişi ilə müraciət edir. Və bu zaman bəzi dizaynerlər tərəfindən loqotipdə hərfin işarə ilə əvəz edilməsi üsulu loqotip üçün qeyri-adi və digərlərindən fərqləndirəcək ideya kimi istifadə edilir.
Müxtəlif nümunələrdə biz dizaynerlərin hərfin simvolla əvəzlənməsini loqotipin formalaşdırılmasının əsas ideyası və onun inviduallığını göstərən üsul kimi təqdim etmələrini müşahidə edirik. Lakin əksər hallarda loqotiplər oxunaqlı olmurlar.
Biz bu üsulun 4 növünü ayırırıq:
1. Birinci halda yazılışın birinci hərfi simvolla əvəz edilir. Bir çox istifadəçilər kompaniyanın firma nişanının adının yanında olmasına öyrəşiblər (əvvəl və ya sonra). Belə olan halda, bu üsulun istifadə olunması insanların yazını ikinci hərfdən oxumalarına gətirib çıxarır.
2. İkinci halda isə dizaynerlər sonuncu hərfi işarə ilə əvəz edirlər. Bu zaman simvolu yazının sonunda görməyə öyrəşmiş istifadəçilər simvolu yazının bir hissəsi kimi qəbul etmədiklərindən sadəcə addakı sonuncu hərfi oxumurlar.
3. Üçüncü halda hərfin simvolla əvəz edilməsi yazının içərisində olur. Bu halda yazının oxunaqlılığı artır, lakin bu forma bütün istifadəçilər tərəfindən dərhal müəyyən edilməsi üçün yetərli deyil.
4. Oxunaqlılığa ən az təsir edən hal O hərfinin yazının içərisində əvəz edilməsi ilə bağlıdır. Bu onunla əlaqədardır ki, dizayner bu üsuldan istifadə edərkən hərfin formasını dəyişmir.
Beləliklə, hərflərin simvollara əvəz edilməsi ilə bağlı eksperimentlərin əksəriyyəti elə də uğurlu deyil.
Lakin hərflərin simvolla əvəz edilməsinin uğurlu tətbiqi kimi Herbert Lyubalinin işlərini misal göstərmək olar. Öz işlərində o, bu üsulun düzgün tətbiqini tapa bildi. Həll ondan ibarətdir ki, o loqotiplərdə qarnituranı (şrifti) dəyişməmək şərtilə simvolları əlavə edirdi. Və beləliklə də, loqotipin oxunaqlılığı pozulmur.