Tokyo

Yaponiya müxtəlifliyi ilə adət etdiyimiz adi həyatdan təmamilə fərqli bir aləmdir.

Əhalinin əksəriyyəti bütün günü üz maskalarından istifadə edir. Eşitdiyimə görə, bu onlara valideynlərin dönəmində körlanmış ətraf mühitdən müdafiə olunmaq məqsədilə propaqanda olunduğu üçün miras galmış bir ənənədir.

Yaponiyada bütün binalar nəhəng reklam agentliyi “Densu”ya məxsusdur. Üst qatda 45 mərtəbə, alt qatda 6 mərtəbəli bina Yaponiyada reklam sahəsinin genişlənməsinin simvoludur. “Densu”da 6000 nəfərdən artıq işçi qüvvəsi çalışır və bu yapon bazarının 35 %-nı təşkil edir.

Butaforiyadan ibarət menyu çox rahatdır. Yeməyə hazırlaşdığın təamlar aydın təsvir olunub.

Manqa - uşaqların və böyüklərin maraqla oxuduğu komikslərdir. Bəzi insanlar komikslərə həddindən artiq bağlandığı üçün illərlə evdən çıxmayaraq qapalı həyat tərzi keçirirlər.

Təmizlənməsi və parıldamasi mümkün olan hər bir əşya 100 % təmizlənərək parıldadilir.

Mağazalarda çayların saxlanıldığı rəflər istilik sistemi ilə təhciz olunduğu üçün çaylar qaynar satılır.

Bir çox mağazalarda tez-tez istifadə olunan ingilis sözlərinin yapon dilinə tərcümə edilmiş informasiya vərəqələri mövcuddur.

“Tax free” vergiləri alış veriş zamanı mağazalarda ümumi məbləğdən tutulur. Hava limanınıda vergilərin geri alınması üçün uzun prosesin keçilməsinə artıq ehtiyac olmur.

Tokioda itləri icarəyə götürmək olar. Güman edirəm, bu xidmət növündən istifadə edən müştəriləri tənha insanlardır.

Çoxmərtəbəli dayanacaq.

Hətta KitKat burada özünəməxsusdur.

Hər bir tikinti sahəsində səs ölçü cihazı quraşdırılır. Bu yəqin tikintidə işləyən əməkdaşlara səsin lazım olan səviyyədən artıq olmasini çatdırmaq məqsədi ilə quraşdırılmışdır.

Local celebrities.

Bir çox insanlar sevdikləri personajlarin kiçik heykəlciklərini alırlar

Hər bir ofisin yaxinlığında çətir və samuray qılıncları üçün məxsusi bir guşə ayrılmışdır.

Mən yeməklərin Yaponiyada yemək üçün yararlı olmadığına əmin idim. Lakin bu belə deyil. Hətta kiçik yeməkxanalarda da belə yeməklər inanılmaz dadlı və təravətlidirlər. 7 dollar ödəməklə doyunca yemək olar. Yeri gəlmişkən….məncə məhz bu amerika fast fudlarının bu ölkədə uğur qazanmamasının başlıca səbəbidir.

Bağlama dizaynının möhtəşəm mədəniyyəti.

Girişdə məkanın çirklənməməsini təmin etmək məqsədilə verilən çətir qabları.

Bir çox yerlərdə saxlama kameraları quraşdırılmışdır. Bu çox rahatdır. Xüsusən də alış-veriş mərkəzlərində.

Yaponiyada tualet otagi haqqında bir neçə cilddən ibarət kitab yazmaq olar. Əvvəla hər yerdə inanilmaz təmizlik hökm sürür. Bu hal ilə nəinki bahalı otel və restoranlarda, həmçinin kiçik yeməkxanalarda, hətta MCDonaldsda da rastlaşmaq mümkündür. İkincisi, bütün tualet otaqlarındakı oturacaqlaristilik sistemi ilə təchiz olunmuşdur.

Düymə işə düşdükdən sonra əhatəni su səsi bürüyür və bu digər xoşagəlməz səslərin yayılmasına mane olur.

Birinci su kranı sabun köpüyünü, ikincisi suyu, üçüncü kran işə düşdukdə isə quruma prosesi başlayır. Necə deyərlər 3-ü 1-də.

Pissuarlar bizimkilərdən üç dəfə daha uzundur. Bunun üçün daha rahatdırlar.

Tualet otaqlarına hər yerdə rast gəlmək mümkündür. Hətta supermarketlərdə də. Bu ideyanın sahibkarlara mənfəət gətirdiyinə əminəm. Müştəri tualet otağına daxil oldu sonra nə isə alaraq marketi tərk etdi.

Hər həftə görmə qüsurlu insanlar üçün Brayl şrifti ilə çap olunmuş qəzetlər nəşr olunur.

Şəhərdəki lyuklar möhtəşəm gözəlliyə malikdirlər.

Sake dadina göre arağa oxşayır. Lakin alkoqolun dərəcəsi sakedə azlıq təşkil edir.

Yerli əyləncə.

Qar yağan kimi hami çətirlərini götürür. Yeri gəlmişkən bu il Tokioda son 40 il ərzində yağan ən güclü qar müşahidə olundu.

Hər 100 metrdən bir metro stansiyalarina rast gəlmək olar.

Yapon reklamı.

Qeyri adı siqnal səsli təcili yardim maşını

Hər bir ölkənin otellərində həmin ölkənin dini kitablarına rast gəlmək olar. Avropada İncil, şərq ölkələrində Qurani-Kərim. Yaponiyada ilk dəfə olaraq Budda təlimi kitabı ilə rastlaşdım. Halbuki, bu dini Yaponiyanın dini adlandırmaq o gədər də düzgün deyil.

Əgər Yaponiyanı bir sözlə ifadə etməli olsaq, bu söz “Xidmət” sözü olacaqdır.
Bu hər an hiss olunur: onların qonaqlarına qulluq etməsində, bir-birləri və dövlət başçısı ilə ünsiyyətində.