Doha

Dohada mən sadəcə bir gecə qaldım. Bu, Braziliyaya Qatar hava yolları ilə getdiyim zaman baş verib.

Tranzit uçuş zamanı, sizi adətən oteldə pulsuz yerləşdirirlər. Məni beş ulduzlu oteldə yerləşdirdilər.

Otelin lobbisində məni məlumatlandırdılar ki, biletlərimin millərindən mənə pulsuz nahar düşür.Nahar təbii ki, beş ulduza layiq idi. Masanın üzərində avropa və asiya mətbəxinə aid bütün tanıdıqlarım yeməklər var idi. Qatarda cəmisi iki saat ərzində bütün ölkəni bütün turistik ürəyim ilə sevdim.

Bir neçə həftədən sonra, Bakıya qayıtdığımda, məni yenədə gecə otelə yerləşdirdilər, amma bu Qatarın ən pis oteli idi. Qapısının üərində 2 ilduz var idi, amma məncə bir dənə ulduz da buna çox idi.

Bu zaman mən düşündüm ki, bu xüsusi strategiya ola bilər. İlk dəfə, ölkənin nüfusuznu yüksəltmək üçün sizi yaxşı otelə gətirirlər. Sonradan iki ulduzlu otelə gətirirlər ki, burada həm bahalı, həm də ucuz mehmanxanaların olduğunu göstərsinlər. Amma, ola bilsin ki, bu sadəcə bir təsadüf idi.

Otaqda namaz qılanlar üçün Kəəbə( Məkkə) istiqamətini göstərən xüsusi işarə var idi.

Yerli avtobomil nömrələri

Küçədəki lövhələr

Yerli pullar